Ucarda təcili yardım maşını aşıb, xəsarət alanlar var – YENİLƏNİB + FOTO

Cəmiyyət

TƏBİB Ucarda Təcili tibbi yardım avtomobilinin qəzaya düşməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. 

102info.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində xəsarət alanlardan biri təcili tibbi yardım avtomobilinin sürücüsü olub. 

“Təcili Tibbi Yardım Avtomobili başqa nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində xəsarət alan şəxslər tibb müəssisəsinə yerləşdiriliblər. Onların hər birinə zəruri tibbi xidmət göstərilib. Onların xəsarətləri yüngül olub”, – deyə qurumdan bildirilib.

18:05

Ucarda təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol qəzası baş verib.

102info.az-nın xəbərinə görə, hadisə bu gün rayon ərazisində qeydə alınıb.

Ucar Mərkəzi Rayon Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobili ilə VAZ-21011 markalı minik avtomobili toqquşub. Bundan sonra təcili yardım maşını aşıb.

Qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

 

mubariz-kesikde.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir