UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

Cəmiyyət

“Bizim əsas hədəfimiz UNEC-də imtahan sessiyalarının mərhələli şəkildə ləğvidir”.

102info.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov hesabat tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, bu təcrübə xaricdə var:

“Bizim universitetlərdə də tətbiqi haqda düşünməliyik. Belə olan halda hər ay tələbəyə konkret bir layihə veriləcək və o layihə əsasında da tələbə qiymətləndiriləcək. Beləliklə, imtahana ehtiyac qalmayacaq”.

mubariz-kesikde.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir