İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqinin müddəti təxirə salınır

Cəmiyyət

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqinin müddəti 2024-cü il yanvarın 1-dək təxirə salınır.

“102info.az” xəbər verir ki, bu məsələnin yer aldığı “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir. Sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.

Xatırladaq ki, qüvvədə olan qanunvericiliyə əsasən, müştərək maliyyələşmə məbləği bu il yanvarın 1-dən ödənilməli idi.

mubariz-kesikde.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir