Brüsseldə baş tutan üçüncü üçtərəfli görüş də Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi-diplomatik müstəvidə möhkəmləndiril- diyini göstərir

Ana Səhfə

Cənubi Qafqazda etimad quruculuğu, Azərbaycan ilə Ermənistan arasında münasi- bətlərin normallaşdırılması da xüsusi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin Brüsselə səfəri çərçivəsində keçirdiyi görüşlərin əhəmiyyəti və nəticələri isə beynəlxalq media- nın başlıca mövzularından birini təşkil edir.
Mayın 22-də Brüsseldə Aİ Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə hər hansı ciddi sənəd imzalanmasa belə, görüşün yekununu birmənalı şəkildə Azərbaycanın növbəti diplomatik qələbəsi hesab etmək olar.
Birincisi, danışıqlar masasında Ermənista- nın təklif etdiyi gündəlik müzakirə edilib və buna uyğun yekun razılaşma əldə edilib. Bu isə onu deməyə əsas verir ki, qərb Azərbaycanın mövqeyini daha ədalətli və arqumentli olduğu üçün rəsmi Bakının mövqeyini dəstəkləyir və bu mövqedən çıxış edir. Ermənistanın tərəfinin təklifi dinlənilsə də, onun yekun rəyə elə də ciddi təsiri olmayıb. Ona görə də Qərb İrəvanı təcili sülh sazişinin imzalanmasına sövq edir və bu istiqamətdə aktivlik nümayiş etdirir.
İkinci əsas məqam sərhədlərin delimitasiya və demarkasiyasi ilə bağlı olan məsələdə müsbət irəliləyişin əldə edilməsidir. Çünki aprelin 6-da keçirilən görüşdə indiyədək sərhədlərin demarkasiyası ilə bağlı komissiya- nın formalaşdırılaraq, iclasının keçirilməsi nəzərdə ttulurdusa, amma bu iclas Ermənistan tərəfinin fəaliyyətsizliyi nətyicəsində bu günə kimi reallaşmayıb. Baxmayaraq ki, Azərbaycan tərəfi artıq komissiyanın tərkibini müəyyən edərək iclasın keçirilməsini gözləyir. Görüşdə bu məsələ bird aha müzakirə edilib və iclasın yaxın günlərdə reallaşacağı barədə tərəflər arasında növbəti dəfə razılıq olunub. Əgər Ermənistan tərəfi yenə də cığallığından əl çəkməyib, vaxtı uzadqsa, bu, onların mövqeyi- nə ciddi zərbə olacaq və çıxılmaz vəziyyətə salacaq.
Üçüncü əsas amil isə Aİ Şurasının prezidenti Şarl Mişelin Qarabağın hər hansı statusundan deyil, məhz orada yaşayan etnik ermənilər ifadəsi işlətməsidir. Diplomatik dillə desək bu, Qərbin brimənalı şəkildə Qarabağın hər hansı formada statusundan imtinası və Azərbaycanın tərkibində olması anlamına gəlir. Yəni Qərb 44 günlük müharibənin nəticələrini və Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallığı qəbul etməsidir. Etnik ermənilərin hüquqları və təhlükəsizlik məsələsinə gəldikdə, Azərbaycanın bu məsələdə mövqeyi aydın və konkretdir. Və bunu də hər zaman açıqlayıb. Vətəndaşlığı qəbul edəcək ermənilər digər Azərbaycan vətəndaşları kimi eyni kontitusion hüquqa malik olacaq. Onlaırn hüquqları və təhlükəsizliyi dövlət tərəfindən təmin ediləcək.
Dördüncü əsas məsələ kommunikasiya ilə əlaqədar nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəlinməsidir. Tərəflər Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasi- ya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəliblər. Beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları, qaydaları barədə razılaşam isə yeni bir uğuru- dur.Bu məsələ ilə bağlı yaxın günlərdə Baş nazirlərin müavinləri səviyyəsində görüşün keçirilməsi nəzərdə tutulur. Bu isə o deməkdir ki, Zəngəzur dəhlizi açılacaq və kimsənin buna şübhəsi ola bilməz. Zəngəzur dəhlizi təkcə iki ölkə arasında kommunikasiya əlaqəsi deyil, eyni zamanda regional əməkdşalıqla yanaşı, bütövlükdə regonun sabitliyi və inkişafı demək- dir.
Beşinci mühüm məqam sülh sazişi üzərində işlərin başlanması məqsədi ilə yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nüma- yəndə heyətlərinin görüşünün nəzərdə tutulma- sıdır.Görüşdə ciddi müsbət məqamlardan biri də davamlı sülhün əldə olunmasında və bölgə- nin sosial-iqtisadi inkişafına Avropa İttifaqının ciddi dəstək verməsini bəyan etməsidir. Və yekun olaraq bu məqsədlə davamlı olaraq iki ölkə liderləri ilə görüşlər keçrimək barədə razılığın əldə edilməsidir. Növbəti belə bir görüşün iyul-avqust aylarında keçirilməsi barədə razılığın əldə edilməsidir.Əgər Ermənis- tan üzləşdiyi böhranlardan xilas olub, siyasi, sosial-iqtisadi sabit ölkə kimi inkişaf etmək istəyirsə, o zaman yaranmış fürsəti dəyərlən- dirib, Azərbaycanən şərtlərinə uyğun sülh sazişi imzalamalıdır.Danışıqlar prosesini uzadıb, vaxt qazanmaq Ermənistana müsbət heçə nə vəd etmir. Vaxt uzatmaq ancaq və ancaq Ermənis- tana böhranın dərinləşməsini və dövlətçiliyinə təhdidi vəd edir.
Beləliklə, Brüsseldə baş tutan üçüncü üçtərəfli görüş də Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi-diplomatik müstəvidə möhkəmləndirildiyini göstərir. Azərbaycan qətiyyətli mövqeyini davam etdirir, prinsipial yanaşma ortaya qoyur və strateji hədəflərinə doğru addımlayır. Proseslərin gedişatı regionda bütün dövlətlərin maraqlarına tam cavab verir, bölgə xalqlarına rifah və inkişaf vəd edir. Bu isə Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizlik, qarşılıqlı faydalı əməkdaşlıq mühitini təmin etmək üçün mühüm əhəmiyyət daşıyır.

Malik Mustafayev
Kəlbəcər rayon 58 nömrəli tam orta məktəbin direktoru, Yeni Azərbaycan Partiyasının üzvü

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.